İran metal uranın 20 faizədək zənginləşdirilməsi barədə AEBA-nı məlumatlandırıb

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentlyini (AEBA) reaktor yanacağı kimi istifadə üçün zənginləşdirmə səviyyəsi 20 faizə qədər olan metal uranın istehsal planı barədə xəbərdar edib.

AzerTimes-ın məlumatına görə, bu barədə Reuters agentliyi bildirib.

Bildirilib ki, reaktorlar üçün yanacaq istehsalında və nüvə bombalarının yaradılmasında istifadə olunan metal uranın istehsalı prosesi bir neçə mərhələdə həyata keçiriləcək.