iPhone-da AMOLED

iPhone-da AMOLED

“Apple” uzun müddətdir ki, ən böyük rəqibi “Samsung” ilə əməkdaşlıq edir. Beləki, “Apple” üçün mobil prosessor istehsal edən şirkətlə əməkdaşlıq daha da böyüyəcək.

“Apple” 2018-ci ildə “iPhone” modellərində AMOLED ekrandan istifadə edəcək. Beləki, şirkət “Samsung”-a 100 milyon AMOLED ekran sifarişi verib. Bu ümumi sifarişin 60%-ni təşkil edir. Sifarişin 20-30%-i “LG”, geriyə qalan hissəsi isə “Sharp” və “Japan Display” tərəfindən tədarük ediləcək.

Qeyd edək ki, KGİ analitiki Ming-Chi Kuo da “Apple”-ın AMOLED ekrana keçid edəcəyini təsdiqləyir.

Sonrakı xəbər
Əvvəlki xəbər