iPhone 8-də sifət skanı ola bilər

iPhone 8-də sifət skanı ola bilər

“Apple” korporasiyası smartfonun blokunun barmaq izi olmadan açılmasına imkan verəcək texnologiya üzərində işləyir.

Yeni – sifətin 3D skan edilməsi texnologiyası barmaq izindən istifadə etmədən “iPhone”u bloku çıxarmağa imkan yaradacaq.

Funksiyanın “Apple”ın bu ilin payızında təqdim edəcəyi yeni “iPhone 8” modelində tətbiq olunacağı gözlənilir. Yaxşılaşdırılmış təhlükəsizlik sistemi istifadəçilərə öz sifətini skan etdikdən sonra cihazı blokdan çıxarmağa, ödənişləri təsdiqləməyə, əlavələri işə salmağa şərait yaradacaq. Bu, xüsusi 3D sensorun köməyi ilə həyata keçiriləcək. Bundan başqa, mənbələrdən biri “Bloomberg”ə bildirib ki, “Apple” sistemdə əlavə qismində gözlərin 3D skan edilməsi imkanlarını da sınaqdan keçirir.

Yeni funksiya “iPhone 8”də olmaya da bilər. Çünki testlər hələlik başa çatdırılmayıb.