iPhone 12-nin bu ilki təqdimatı gecikəcək

iPhone 12-nin bu ilki təqdimatı gecikəcək

Hər il sentyabr ayında yeni “iPhone” modellərini təqdim edən “Apple” şirkəti bu ilki təqdimatın gecikəcəyini açıqlayıb.

Bu barədə “Apple” şirkətinin maliyyə direktoru Luka Mestri açıqlama verib. O, bu ilki təqdimat sentyabr ayında baş tutmayacağını bildirsə də, təqdimatın dəqiq tarixi barədə açıqlama verməyib.

Həmçinin şirkətdən bütün yeni “iPhone”-ların təxirə salınacağına və ya yalnız müəyyən modellərin təxirə salınacağına dair də heç bir açıqlama verilməyib.

Qeyd edək ki, bundan əvvəl də “iPhone X” və “iPhone 8” modellərinin təqdimatı da 2017-ci ilin sentyabr ayına elan edilsə də, istehsal problemləri səbəbindən noyabr ayına qədər gecikmişdi.