IOS 11 konsepti yayımlandı

IOS 11 konsepti yayımlandı

Apple iyun ayında təşkil edəcəyi WWC 17 tədbirində iOS 11-i təqdim edəcək. Dizayn cəhətdən iOS 7-yə bənzəyəcəyi deyilən iOS 11-i istifadəçilər sentyabr ayında iPhone 8-in təqdimatından sonra yükləyə biləcəkdir.

iPhone 5s və daha sonrakı modellərə gələcək iOS 11-dən gözləntilər çox yüksəkdir. Gözləntilərin yüksək olduğunu görən dizaynerlər zaman-zaman yeni Əməliyyat Sisteminin konsept videolarını təqdim edir.

YouTube-da MyApple kanalının paylaşdığı IOS 11 konsept videosu demək olar ki, hər kəsin gözlədiyi özəllikləri özündə əks etdirir. Gecə rejimi, ekranın dönmə kilidi, multi hesab, Siri asistanı və qrupla Facetime söhbətləri kimi özəlliklərin təqdim edildiyi konsept videosunu sizlərə təqdim edirik: