İordaniyada dövlət çevrilişinə cəhdin qarşısı alınıb

İordaniyanın paytaxtı Amman şəhərində Kral aiələsinin üzvü Şerif Həsən bin Zayd və Kral II Abdullanın sabiq məsləhətçisi, sabiq maliyyə naziri Bassam Avadalla saxlanılın.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə İordaniyanın “Petra” agentliyi xəbər verir.

Məlumata əsasən, daha bir neçə nəfər təhlükəsizliyin təmin edilməsi məqsədi ilə saxlanılıb.


“Əl Mayadin” telekanalı öz növbəsində bildirir ki, Ammanda Kral II Abdullanın hakimiyyətdən uzaqlaşdırılması barədə plan üzə çıxıb və dövlət çevrilişinə cəhdin qarşısı alınıb,

Qeyd edilir ki, hazırda vəliəhd şahzadə Həmzə bin Hüseyn və bir neçə yüksəkvəzifəli zabit ev dustaqlığında saxlanılır.