“İnter” səfərdə “Milan”ı darmadağın etdi

Bu gün futbol üzrə İtaliya çempionatının 23-cü turu çərçivəsində “Milan” “İnter”i qəbul edib.

AzerTimes-ın məlumatına görə, oyun qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Lautaro Martines (5-ci və 57-ci dəqiqələr) və Romelu Lukaku (66-cı dəqiqə) vurublar.

Xatırladaq ki, son dəfə “İnter” “Milan” üzərində 2009-cu ildə böyükhesablı qələbə qazanıb (4:0).


Turnir cədvəlində liderlik edən “İnter” xallarının sayını 53-ə çatdırıb, “Milan” isə 49 xalla ikinci pillədə qalıb.

Qeyd edək ki, növbəti turda “İnter” öz meydanında “Cenoa”nı qəbul edəcək, “Milan” isə səfərdə “Roma” ilə qarşılaşacaq. Oyunlar fevralın 28-i keçiriləcək.

Teqlər: