“İnstagram”ın işində nasazlıq yaranıb

“İstagram” sosial şəbəkəsinin işində problemlər ABŞ-da və bir sıra digər ölkələrdə müşahidə olunur.

AzerTimes-ın məlumatına görə, bu barədə “Downdetector” xidmətinin saytında bildirilib.

Məlumata əsasən, nasazlıq barədə məlumat verən amerikalı istifadəçilər xəbər lentinə baxmaqla (62 faiz), sosial şəbəkəyə girişlə (24 faiz) bağlı problemlərdən şikayət edib, 12 faiz hekayələrə baxa bilmirlər (storis).


Böyük Britaniya, Kanada, Niderland və Almaniya sakinləri də problemlərdən şikayətlənirlər, lakin bu ölkələrdən daha az müraciət gəlib.