Instagramda oflayn rejim

Instagramda oflayn rejim

“F8” konfransında çıxış edən “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq “Instagram”a oflayn versiyanın əlavə ediləcəyini açıqlayıb.

Yeni xüsusiyyət ilə istifadəçilər internet bağlantısı olmadıqda belə tətbiqi istifadə edə biləcək və hazırkı məzmun, profil və bildirişləri görə biləcəklər.

Bəyənmə, izləmə və şərh yazmaq kimi əsas xüsusiyyətlər də oflayn versiyada istifadə ediləcək. İnternet qoşulması yox ikən edilən bütün bu əməliyyatlar oflayn olaraq qeyd ediləcək və internetə qoşulduğu anda avtomatik olaraq yenilənəcək.

Hələlik, sadəcə, “Instagram”ın “Android” tətbiqindəki beta istifadəçiləri tərəfindən istifadə edilə bilən oflayn modu qarşıdakı aylarda hər kəs üçün istifadəyə təqdim ediləcək.