İnsanda təzyiqin qalxmasının 10 əsas səbəbi

İnsanda təzyiqin qalxmasının 10 əsas səbəbi

Tibbi statistika göstərir ki, dünyada insanların 40% yüksək təzyiqdən əziyyət çəkir.
Yüksək təzyiq çox təhlükəli haldır. Uzun müddət ərzində mövcud olan yüksək təzyiq ciddi pozulmalara (ürək-damar, böyrək xəstəlikləri, korluq, infarkt, insult) səbəb ola bilər.

Təzyiqin qalxmasının əsas səbəbləri:

– Xroniki stress. Stress zamanı orqanizmdə stress-hormonların səviyyəsi artır ki, bu da ilk növbədə ürək və damarlara “vurur”.
– İrsiyyət.
– Böyrək xəstəlikləri. Böyrəklərimiz arterial təzyiqin tənzimlənməsində əsas rol oynayır. Bu səbəbdən böyrək xəstəlikləri təzyiqin qalxmasına səbəb olur.
– Boyun osteoxondrozu. Bu pozulma zamanı boyun damarları sıxılır ki, bu da təzyiqin qalxmasına səbəb olur.
– Qidalanmada şəkərin çox olması. Şəkər damarlarda iltihabın inkişafına səbəb olur ki, iltihablaşmış damarlarda xolesterin yığılmağa başlayır, damarlar daralır, ateroskleroz inkişaf edir. Ateroskleroz ürək-damar sistemi xəstəliklərinin əsas səbəbidir.
– Qidalanmada duzun həddindən çox olması. Duz orqanizmdə mayenin yığılmasına səbəb olur. Artıq maye ürək və damarları yükləyir, onlarda pozulmaların riskini artırır.
– Spirtli içkilərdən sui-istifadə. Spirtli içkilər də damarlarda iltihab yaradır.
– Azhərəkətli həyat tərzi.
– Artıq çəki. Artıq çəki də ürək və damarlar üçün çox təhlükəlidir.
– Siqaret çəkmək. Bu damarların daim sıxılmasına, damarlarda trombların əmələ gəlməsinə səbəb olur.