İngiltərə Premyer Liqası: “Arsenal” “Tottenhem”i məğlub etdi

Bu gün İngiltərə Premyer Liqasının altıncı turu çərçivəsində “Arsenal” “Tottenhem”i qəbul edib.

AzerTimes-ın məlumatına görə, oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Arsenal”ın heyətində qolları Emil Smit-Rou (12-ci dəqiqə), Pyer-Emerik Obameyanq (27) və Bukayo Saka (34) vurublar.


“Tottenhem”in yeganə qolunu 73-cü dəqiqədə Son Hın Min vurub.

Teqlər: