İngiltərə Premyer Liqası: “Arsenal” “Everton”a məğlub oldu

İngiltərə Premyer Liqasının (Premyer Liqa) 33-ci turunun ilk matçında “Arsenal” “Everton”a 0:1 hesabı ilə məğlub oldu.

AzerTimes-ın məlumatına görə, görüş Britaniya paytaxtının “Emireyts” stadionunda boş tribunalarla keçirilib.

Oyunun yeganə qolunu öz qapisindan “Arsenal”ın alman qolkiperi Bernd Leno (76-cı dəqiqə) keçirib.


52 xal toplayan “Everton” Premyer Liqa sıralamasında səkkizinci, “Arsenal” 46 xal toplayaraq 9-cu yerdədirlər.

Teqlər: