İngiltərə meşələrinə vəhşi heyvanlar buraxır

İngiltərə meşələrinə vəhşi heyvanlar buraxır

Birləşmiş Krallıq Britaniyada maral populyasiyalarını nəzarətdə saxlamaq üçün adaya vəhşi heyvanlar gətirməyi planlaşdırır.

“Britaniya vaşaq fondu” 1300 il əvvəl bu ölkənin meşələrindən yoxa çıxmış vaşaqları geri qaytarmaq niyyətindədir. İlk mərhələdə 6 vaşaq meşələrə buraxılacaq və onlar measir texnika ilə nəzarətdə saxlanılacaq. 5 il sınaq müddətində vəhşi heyvanlar Britaniyada yaşaya bilsələr ikinci mərhələyə start veriləcək.

İngiltərəli ekoloqların fikrincə meşələrdə maralların təbii qənimi qalmayıb. Belə ki, bu ölkədə sonuncu canavar 16-cı əsrdə, Şotlandiyada 1684-cü, İrlandiyada isə 1786-cı ildə öldürülüb.