İngiltərə Kuboku: “Mançester Yunayted “Liverpul”u məğlub etdi

İngiltərə Kubokunun 1/16 finalında “Mançester Yunayted” öz meydançasında “Liverpul”u məğlub etdi.

AzerTimes-ın məlumatına görə, görüş 3:2 hesabı ilə başa çatıb.

Qaliblər tərəfdən qolları Meyson Qrinvud (26-cı dəqiqə), Markus Reşford (48) və Bruno Fernandeş (78), “Liverpul”dan isə Məhəmməd Salah (18, 58) vurublar.

1/8 finalda Mançester komandası “Vest Hem” ilə oynayacaq.

İngiltərə Kuboku 1871-ci ildən təşkil edilir. Turnirdə ən çox Londonun “Arsenal”ı qalib olub (14 dəfə). Bu göstəriciyə görə ikinci yerdə “Mançester Yunayted” (12), üçüncü yerdə isə “Liverpul” (7) gəlir.

Teqlər: