İngiltərə Kuboku: “Mançester Siti” “Everton”‘u məğlub edərək yarımfinala keçdi

İngiltərə Kubokunun 1/4 finalında “Mançester Siti” səfərdə “Everton”u 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, görüş Liverpul şəhərinin “Goodison Park” stadionunda baş tutub.

Matçdakı qolları İlkay Gündoğan (84-cü dəqiqə) və Kevin De Breyne (90) vurublar.


Yarımfinal görüşlərinin püşkatması martın 21-də olacaq. Eyni gündə yarışın “Çelsi” – “Şeffild Yunayted” və “Leyçester” – “Mançester Yunayted” 1/4 final oyunları keçiriləcək.

Teqlər: