İndoneziyada sualtı qayıq itib – 53 nəfərin taleyi məlum deyil

Xəbər - Orxan Nəbiyev – Trend:

İndoneziyanın Bali adası yaxınlığında içərisində 53 nəfərin olduğu sualtı qayıq itib.

AzerTimes-ın məlumatına görə, İndoneziya Hərbi-Dəniz Qüvvələrinə məxsus qayıq atış təlimlərində iştirak edən zaman əlaqəyə çıxmayıb.

Hazırda qayığın axtarışları aparılır.


İndoneziya hökuməti kömək üçün Avstraliya və Sinqapura müraciət etdiyini bildirib.

Almaniya istehsalı olan “KRI Nanggala 402” sualtı qayığı 1981-ci ildən İndoneziya Hərbi-Dəniz Qüvvələrində xidmət edir. Ümumilikdə, İndoneziya donanmasında iki sualtı qayıq mövcuddur. 2024-cü ilədək onların sayının 10-dək çatdırılması planlaşdırılır.