İndoneziyada neft emalı zavodunda yanğın baş verib

İndoneziyanın Balonqan şəhərində (Qərbi Yava əyaləti) neft emalı zavodunda yanğın başlayıb.

AzerTimes-ın məlumatına görə, bu barədə “Antara” agentliyini xəbər verib.

İnsident nəticəsində ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

“Elshinta” radiostansiyası qeyd edir ki, yanğın daha əvvəl baş verən partlayış nəticəsində başlayıb.