İndoneziyada hərbi qırıcı təyyarə yaşayış ərazisinə düşdü

İndoneziyada hərbi qırıcı təyyarə yaşayış ərazisinə düşdü

İndoneziyada Riau əyalətində yerləşən donanmaya aid “Hawk 209” model hərbi təyyarə qəzaya uğrayıb.

Bu barədə İndoneziya Hava Qüvvələrinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fajar Adriyanto açıqlama verib. O, bildirib ki, qəzaya uğrayan təyarə Sumatra adasında Kambar bölgəsinin Kubanq kəndinə düşüb.

Qəza zamanı ölən və ya yaralananların olub-olmadığına dair məlumat verilməyib. Pilot isə katapultdan istifadə edərək, sağ qalıb.

Hadisə ilə bağlı cinayət işi açılıb.