İndoneziyada ən çox axtarılan silahlı zərərsizləşdirilib

“İslam Dövləti” terror qruplaşması ilə əlaqəsi olan İndoneziyanın ən çox axtarılan silahlısı Əli Kalora geniş miqyaslı terrorla mübarizə kampaniyasında atışma nəticəsində öldürülüb.

AzerTimes-ın məlumatına görə, bu barədə ABC News İndoneziya hərbçilərinə istinadən bildirib.

Mərkəzi Sulavesi regional hərbi idarəsinin rəisi, briqada generalı Fərid Makruf deyib ki, Əli Kalora atışma nəticəsində öldürülən iki silahlıdan biri olub. O, şübhəli bilinən digər bir ekstremisti Caka Ramazan olaraq təyin edib.

Onun sözlərinə görə, Ə.Kapora ən çox axtarılan terrorçu olub.