İndoneziya sahillərində güclü zəlzələ olub

İndoneziyanın Talaud adaları sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Manado şəhərindən 246 kilometr şimal-şərqdə, ocağı isə 70 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi yoxdur.