İndiyədək magistraturaya qəbul üçün 13 857 bakalavr ərizəsini təsdiq edib

Xəbər - İlhamə İsabalayeva – Trend:

Magistraturaya qəbul imtahanlarında iştirak üçün ərizələrin qəbulu 18 fevral saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən AzerTimes-a verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün ərizələrin qəbulu fevralın 9-dan başlayıb və 18 fevral saat 23:59-dək davam edəcək.

16 fevral saat 17:10-a olan məlumata əsasən 13857 bakalavr (Azərbaycan bölməsi – 12632; rus bölməsi – 1225) ərizəsini təsdiq edib.


Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Teqlər: