İndiyədək heç kəs pensiya ödənişlərinin əsassız dayandırılması üçün məhkəməyə müraciət etməyib – Fond sədri

Xəbər - İlhamə İsabalayeva – Trend:

Əgər vətəndaş pensiyasının dayandırılması barədə inzibati orqanın qərarından narazıdırsa, məhkəməyə müraciət edə bilər. Lakin indiyədək heç bir şəxs pensiya ödənişinin əsassız dayandırılması üçün məhkəməyə müraciət etməyib.

AzerTimes-ın məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov deyib.

Onun sözlərinə görə, son 2 il ərzində pensiyalar üzrə təxminən 280 milyon manat həcmində əsassız ödənişlər aşkarlanıb.

“Dövlət Sosial Müdafiə Fondu tərəfindən əsassız olaraq kimsənin pensiyası dayandırılmır. 2018-ci ildən etibarən bu sahədə ciddi iş aparılır. Şəxsin əsassız olaraq pensiya hüququndan istifadə etdiyi aşkarlananda, pensiyanın təyin olunduğu dövrlə bağlı nöqsan aşkarlananda və ya indiki qanunvericiliyə uyğun olmadıqda məbləğlərə düzəliş edilir”.

Teqlər: