İndicə peyvənd olunmuşam, özümü çox yaxşı hiss edirəm – Yunus Oğuz

Vaksinasiya hər kəs üçün vacibdir. Virus daha geniş yayılmasın, Azərbaycan əhalisi sağlam olsun deyə, bu vaksinasiya hökmən lazımdır.

AzerTimes-ın məlumatına görə, bunu yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz deyib.

“Gördüyünüz kimi, mən də indicə peyvənd olunmuşam, özümü çox yaxşı hiss edirəm və sizinlə rahat danışıram” – deyə, o bildirib.

Teqlər: