İncirlik bazası Türkiyənin mülkiyyətidir – Nazirlik

Xəbər - Orxan Nəbiyev – Trend:

İncirlik hərbi bazası Türkiyə Silahlı Qüvvələrinə məxsus bazalardan biridir, bütün obyektləri ilə Türkiyənin mülkiyyətidir.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Türkiyə 1980-ci il martın 29-da imzalanmış sazişə əsasən, bazadan istifadə etmək üçün ABŞ-a icazə verir.


Bazada ABŞ hərbçiləri ilə yanaşı, İspaniya, Polşa və Qətərdən də hərbçilər və digər personal fəaliyyət göstərir.

Teqlər: