İmişlidə qətl hadisəsi törədilib

Xəbər - Samir Əli – Trend:

17 avqust 2020-ci il tarixdə İmişli rayonu, Buludlu kəndi ərazisində kənd sakini Əliyev Malik Fərəmuz oğlunun qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İmişli rayon prokurorluğundan AzerTimes-a bildirilib ki, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə və meyitə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla zərərçəkmişin tanışı Məmmədov Abbas Elburus oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Malik Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Abbas Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İmişli rayon prokurorluğundan AzerTimes-a bildirilib ki,

Teqlər: