İmişlidə motosiklet və minik maşını toqquşub, 2 nəfər ölüb

İmişlidə motosiklet və minik maşını toqquşub.

AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində 2 nəfər ölüb 1 nəfər xəsarət alıb.

Hadisə ötən gün saat 21 radələrində İmişli-Cəfərli-Əliqulular yerli həmiyyətli avtomobil yolunun Cəfərli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Əliqulular kənd sakini Əhmədov Teymur Kamran oğlunun idarə etdiyi 30-BG-015 dövlət nömrə nişanlı vaz 21015 markalı minik maşını və Əliqulular kənd sakini 1987-ci il təvəllüdlü Şiraslanov Zamin Bəhlul oğlu idarə etdiyi motosiklet toqquşşub.

Hadisə zamanı motosikletdə olan sərnişin Əliqulular kənd sakini 1989-cu il təvəllüdlü Şiraslanov Kamil Zülfü oğlu hadisə yerində dünyasını dəyişib. Motosikletin sürücüsü və digər sərnişin Əliqulular kənd sakini 2007-ci il təvəllüdlü Musayev Elbay Xasay oğlu yaralı vəziyyətdə Şirvan şəhər Mərkəzi xəstəxanasına təxliyə olunub. Motosikletin sürücüsü Şiraslanov Zamin Bəhlul oğlunun aldığ xəsarətlər ağır olduğu üçün həyatını xilas etmək mümkün olmayıb və o xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Teqlər: