İlk elektro-jet

İlk elektro-jet

Dünənə kimi ancaq hərbi sahədə istifadə olunan şaquli enmə-qalxma qabiliyyətinə sahib olan təyyarələr artıq sərnişin daşımaq üçün də istifadə olunacaq. Beləki, Almaniyanın Münhen Texniki Universitetinin tələbələri və mühəndisləri ilə Avropa Kosmos Təşkilatının əməkdaşlığı nəticəsində yeni təyyarə hazırlanıb. Adı “Lilium Jet” olan təyyarə tamamilə elektriklə işləyir və şaquli enmə-qalxma qabiliyyətinə sahibdir.

İki nəfərlik təyyarənin maksimal sürəti 401 km/saat-dır və tam batareya normal sürətdə 500 km məsafə qət etməyə imkan verir. Gücünü 320 kW-lıq batareyadan alan təyyarə enmə-qalxma əməliyyatını da özü edir. GPS dəstəyi olması da gediləcək yerin marşrutunda qalmağı asanlaşdırır.

Qeyd edək ki, Avropa Kosmos Təşkilatı təyyarənin ancaq yaxşı havada və ən çox 3 metr yüksəkdə icazə verəcək. Təyyarədən istifadə edə bilmək üçün 20 saatlıq kursdan keçməli və pilot lisenziyasına sahib olmaq lazımdır.

electric-jet2

Sonrakı xəbər
Əvvəlki xəbər