İlham Əliyev internetdə sosial şəbəkələrə qoyulan məhdudiyyətə aydınlıq gətirdi

İlham Əliyev internetdə sosial şəbəkələrə qoyulan məhdudiyyətə aydınlıq gətirdi

“Bunlar müvəqqəti məhdudiyyətlərdir. Bu məhdudiyyətlər toqquşmalar başladıqdan sonra tətbiq olunmuşdur”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev internetdə sosial şəbəkələrə qoyulan məhdudiyyətlərlə bağlı Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi zamanı verilən suala cavab olaraq bildirib.

Ölkə başçısı “Siz söz azadlığı və interneti qeyd etdiniz. Lakin sosial şəbəkə sistemlərində bəzi məhdudiyyətlər var” sualını belə cavablayıb:

“Biz xalqımıza elan etdik ki, bu, milli təhlükəsizlik məsələləridir, çünki biz belə bir vaxtda informasiya sistemimizi erməni təxribatından qorumalıyıq. Beləliklə, bu, müvəqqəti səciyyə daşıyır. Toqquşmaların aktiv fazası bitən kimi bütün bu məhdudiyyətlər aradan qaldırılacaqdır. Lakin sizə deyə bilərəm ki, internetin əhatə dairəsi çox yüksəkdir və azərbaycanlıların 80 faizdən çoxu internet istifadəçiləridir. Beləliklə, bu, yalnız müvəqqəti xarakter daşıyır”