İlham Əliyev 2021-ci ilin dövlət büdcəsini təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Yenicag.az xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin gəlirləri 25 427 000,0 min manat, xərcləri 28 543 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 24 621 550,0 min manat, yerli gəlirləri 805 450,0 min manat, mərkəzləşdirilmiş xərcləri 27 683 368,0 min manat, yerli xərcləri 859 632,0 min manat) məbləğində təsdiq edilib.

Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulub:

  Gəlirlərin mənbələri Məbləğ (min manatla)
2.1. Fiziki şəxslərin gəlir vergisi 1 150 000,0
2.2. Hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 2 144 000,0
2.3. Hüquqi şəxslərin torpaq vergisi 45 000,0
2.4. Hüquqi şəxslərin əmlak vergisi 211 000,0
2.5. Əlavə dəyər vergisi 4 710 000,0
2.5.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə əlavə dəyər vergisi 2 740 000,0
2.6. Sadələşdirilmiş vergi 295 000,0
2.7. Aksizlər 1 059 000,0
2.7.1. Azərbaycan Respublikasının ərazisinə malların idxalına görə aksizlər 170 000,0
2.8. Yol vergisi 114 000,0
2.8.1. Azərbaycan Respublikasının ərazisinə idxal olunan yanacağa görə və xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi 40 000,0
2.9. Mədən vergisi 138 000,0
2.10. Gömrük rüsumları 950 000,0
2.11. Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən yığımlar 141 000,0
2.12. Xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar 2 481,0
2.13. Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər 168 050,0
2.14. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) daxilolmalar (transfertin yuxarı həddi) 12 200 000,0
2.15. Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar 11 000,0
2.16. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar 8 000,0
2.17. Dövlət rüsumu 170 000,0
2.18. Vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar 15 000,0
2.19. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar 700 000,0
2.20. Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert 880 000,0
2.21. Mərkəzi Bankın mənfəətindən ayırmalar 250 000,0
2.22. Sair daxilolmalar 65 469,0