İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı oldu

İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 2-də Qurban bayramı ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə zəng açıb.  

Rəcəb T. Ərdoğan Azərbaycan prezidenti və xalqını Qurban bayramı münasibəti ilə təbrik edib.

İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətdə olan sədri R. T. Ərdoğan prezident İlham Əliyevlə telefon danışığı zamanı Nepalın Myanma bölgəsində müsəlmanların durumu ilə bağlı da müzakirə aparıb və Myanma böhranına son qoyulması üçün islam ölkələrinin əməkdaşlığının zəruri olduğunu söyləyib.