İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verdi

İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Naruhitoya məktub göndərib.

Başsağlığı məktubunda deyilir:

“Əlahəzrət,

Ölkənizin cənubunda baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.