İkigünlük ictimai nəqliyyatın işi dayandırılır

İkigünlük ictimai nəqliyyatın işi dayandırılır

Bu gündən (22 avqust) xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında ictimai nəqliyyatın fəaliyyətinə ikigünlük məhdudiyyət tətbiq edilir.

İctimai nəqliyyatın hərəkəti 22 avqust saat 00:00-dan 24 avqust saat 06:00-dək dayandırılıb.

Qeyd edək ki, Bakı metrosunun fəaliyyəti avqustun 31-dək dayandırılıb.