İƏT nümayəndələri Ağdam məscidində namaz qılıblar (FOTO)

Ağdam. Trend:

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndələri bu gün Ağdamda səfərdədir.

AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, Nümayəndə heyəti səfər çərçivəsində Ağdam cümə məscidində olub, orada namaz qılıblar.

Xatırladaq ki, 5 aprel tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin ölkəmizə səfəri başlayıb.

Teqlər: