İƏT nümayəndə heyəti Ağdamdan sonra Gəncəyə yola düşüb

Ağdam. Trend:

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Gəncə şəhərinə səfəri başlayıb.

AzerTimes-ın məlumatına görə, Təmas Qrupunun nümayəndələrinin müxtəlif dövlət qurumlarında görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, nümayəndə heyətinin üzvləri işğaldan azad olunan Ağdam rayonunda olublar, orada Cümə məscidini ziyarət edib və namaz qılıblar.

Ümumilikdə, bu səfərin məqsədi II Qarabağ müharibəsi dövründə Ermənistan tərəfinin Gəncə şəhərində törətdiyi müharibə cinayətləri ilə tanış olmaqdır.

Teqlər: