İctimai nəqliyyatın fəaliyyəti 2 günlük dayandırılır

İctimai nəqliyyatın fəaliyyəti 2 günlük dayandırılır

Xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy və Göygöl rayonlarının ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan edilir.

Bununla əlaqədar bu gün saat 00:00-dan 13 iyul saat 06:00-dək qeyd olunan ərazilərdə ictimai nəqliyyat işləməyəcək.

Qeyd edək ki, ictimai nəqliyyatın hərəkəti qadağan olduğu həftəsonları taksi fəaliyyətinə icazə veriləcək.