İcra başçısı məhkəmə qərarı ilə 3 aylıq həbsə göndərildi

İcra başçısı məhkəmə qərarı ilə 3 aylıq həbsə göndərildi

Kürdəmir rayon icra başçısı Ceyhun Cəfərov barəsində istintaqın təqdimatına da baxılıb.

Binəqədi rayon məhkəməsinin hakimi Vüqar Məmmədovun qərarı ilə istintaqın C.Cəfərov barəsində həbs qətimkan tədbiri seçilməsi haqda təqdimatı təmin edilib.

Belə ki, C.Cəfərov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, C.Cəfərov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) və 311.3.3-ci (rüşvət alma – külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.

Bununla yanaşı Prezident İlham Əliyev Kürdəmir Rayon İcra Hakimiyyətinin rəhbərini vəzifəsindən azad edib.

Dövlət başçısı müvafiq sərəncam imzalayıb.

Sərəncamda deyilir: “Ceyhun Fərrux oğlu Cəfərov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin”.