İbrahim Erkal vəfat etdi

İbrahim Erkal vəfat etdi

Türkiyənin məşhur müğənnisi İbrahim Erkal vəfat edib.

İbrahim Erkal uzun müddətdir xəstə idi. O, bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, İbrahim Erkal aprelin 12-də yaşadığı binanın yanında huşsuz vəziyyətdə tapılmışdı. Xəstəxanaya aparılan zaman müğənninin beyninə qan sızdığı məlum olmuşdu. Sənətçi o vaxtdan reanimasiyada idi.