Hüsnü Mübarək azadlığa çıxdı

Hüsnü Mübarək azadlığa çıxdı

Misirin keçmiş prezidenti Hüsnü Mübarək paytaxt Qahirənin Maadi rayonundakı hərbi hospitalı tərk edərək evinə qayıdıb.

Bu barədə eks-prezidentin ailəsinin yaxınları xəbər verib.

Məlumatda bildirilir ki, Mübarək xüsusi tibb avtomobili ilə Qelipolis rayonundakı evinə çatdırılıb. Onu oğlu Qamal və həyat yoldaşı Süzən Sabet müşayiət edib.

Keçmiş prezidentin evinin tibbi avadanlıqlarla təchiz edildiyi bildirilir.

Xatırladaq ki, Mübarəkə qarşı bir neçə cinayət işi 2011-ci ildə, onun hakimiyyətdən devrilməsindən sonra qaldırılıb. Kassasiya Məhkəməsi martın əvvəllərində keçmiş prezidentə bəraət verib.