Hüquqi, fiziki şəxslərin valyuta alqı-satqı etməsi qanunsuzdur

Hüquqi, fiziki şəxslərin valyuta alqı-satqı etməsi qanunsuzdur

Mərkəzi Bank Bakı şəhərində özəl valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməsinə dair mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

Qurumdan bildirir ki, hazırda yalnız banklar və onların filialları, eləcə də “Azərpoçt” MMC-nin filial və şöbələri valyuta mübadiləsi fəaliyyəti hüququna malikdirlər. Mərkəzi Bank tərəfindən “Valyuta tənzimi haqqında” qanuna müvafiq olaraq digər hüquqi və fiziki şəxslərə valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməyib. Əgər yuxarıda qeyd olunan təşkilatlardan başqa hər hansısa hüquqi və fiziki şəxs belə fəaliyyətlə məşğul olarsa bu qanunsuzdur.