Huawei rəqibi Apple geridə qoyaraq, 1-ci oldu

Huawei rəqibi Apple geridə qoyaraq, 1-ci oldu

2018-ci ildə Huawei smartfon istehsalı məsələsində Apple şirkətini geridə qoyaraq dünyanın ikinci ən böyük smartfon istehsalçısı statusunu qazanmışdı. Bu cür nailiyyəti əldə edəndən sonra Huawei özünə məqsəd qoydu ki, 2020-ci ilə kimi o bu məsələdə lider olan Samsung-u da geridə qoymalıdır. Bir qədər gecikmə ilə Huawei şirkəti bu ilin aprel ayında bu məqsədə nail olmuşdu. Şirkət aprel ayında dünyanın ən böyük smartfon istehsalçısı statusunu əldə etmişdi. Huawei may ayında da bu statusu qoruyub saxlaya bildi.

Yeni hesabata əsasən isə Huawei öz tarixi ərzində ilk dəfə ilin birinci rübünü dünyanın ən böyük smartfon istehsalçısı kimi yekunlaşdıra bilib. Bu barədə Techradar saytı xəbər verib. Çindən olan mənbələrin verdikləri məlumatlara əsasən aprel ayından iyun ayına kimi Huawei 55 milyon smartfon istehsal edib. Samsung-da isə bu göstərici 51 milyondur.

Beləliklə 2020-ci ilin ikinci rüb nəticələri üzrə Huawei öz bütün rəqiblərini geridə qoyaraq dünyanın ən böyük smartfon istehsalçısı olub.
Mütəxəssislərin fikirlərinə əsasən Huawei şirkətinin bu cür nailiyyəti əldə etməsində ən böyük səbəb koronavirus pandemiyasıdır. Belə ki, bütün dünyada pərakəndə satış nöqtələrində durğunluğun yaşandığı və alıcıların yeni smartfonları almaqda tələsmədikləri bir vaxtda Çin bazarı artıq bərpa olunmağa başlayıb. Qeyd etmək lazımdır ki, Çində Huawei şirkəti ən böyük smartfon istehsalçısı hesab edilir və o, bazarın 60% payına sahibdir. Samsung-un isə Çin bazarındakı payı 1%-dən aşağıdır.

Buna baxmayaraq Samsung şirkəti yaxın zamanda öz liderliyini geri qaytara bilər. Belə ki, bəzi məlumatlara əsasən hal hazırda Samsung və Huawei birgə əməkdaşlıq məsələsində danışıqlar aparırlar. Həmin əməkdaşlığa əsasən Samsung Huawei şirkətinin 5G təchizatı üçün aparıcı çiplər istehsal edəcək, Huawei isə öz növbsində sahib olduğu bazar payının müəyyən hissəsindən imtina edəcək. ABŞ tərəfindən olan sanksiyalar səbəbilə Huawei üçün bu cür addım məcburidir.