Horadiz-Ağbənd dəmir yolu, eləcə də Füzuli beynəlxalq hava limanının tikintisi sürətlə davam edir – Nazir

Füzuli. Sədrəddin Ağcayev – Trend:

Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, Horadiz-Ağbənd dəmir yolu, eləcə də Füzuli beynəlxalq hava limanının tikintisi sürətli tempdə davam edir.

Trend-in məlumatına görə, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev azad edilmiş ərazilərə səfəri zamanı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin tapşırığına əsasən, bu proseslərə müvafiq Türkiyə şirkətləri cəlb olunub:

“44 günlük Vətən müharibəsi dövründə türkiyəli qardaşlarımız yanımızda olub və bu gün türkiyəli mütəxəssislərin təcrübəsi azad edilmiş ərazilərdə tətbiq olunur. Bu ərazilərin bərpası təkcə ölkəmiz üçün deyil, həm də bütün region üçün vacib əhəmiyyət daşıyır”.

(Tərcümə: Orxan Nəbiyev)