Honq Konqda dünyanın ən bahalı park yeri satılıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Honq Konqda daşınmaz əmlak bazarında yeni rekord qeydə alınıb.

Trend-in məlumatına görə, yeni yaşayış kompleksi ərazisindəki bir avtomobillik park yeri 1,3 milyon dollar qiymətə satılıb.

Həmin yeri alan şəxsin adı açıqlanmayıb.


Qeyd olunur ki, həmin yaşayış kompleksində indiyədək 1,2 milyon dollara bir neçə park yeri satılmışdı.