Honkonqda vətəndaşların şiddətli etirazı davam edir

Honkonqda vətəndaşların şiddətli etirazı davam edir

Honkonqda Çin Xalq Respublikasının himninin təhqir olunmasına qarşı cəza tətbiqini təklif edən qanun layihəsinin müzakirə olunması yenidən etirazlara səbəb olub.

Honqkonq parlamentinin binası qarşısında toplaşan etirazçılar polis müqaviməti ilə üzləşib. Polis etirazçılara gözyaşardıcı qaz vasitəsilə müdaxilə edib.

Etirazçılar qanun layihəsini ifadə azadlığına vurulacaq zərbə kimi qiymətləndirirlər.

Belə ki, qanun layihəsində Çin himnini təhqir edənlərin 6 450 dollara qədər cərimələnməsi təklif olunub.

Qanun layihəsi Honqkonqda xarici futbol komandaları ilə keçirilən görüşlərdə azarkeşlərin Çin himnini fitə basmasından sonra müzakirəyə qaldırılıb.