Hindistanda zavod partlayıb, 11 nəfər ölüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Hindistanın cənubundakı Tamilnad ştatında pirotexnika məmulatları zavodunda bir neçə partlayış olub.

AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində 11 nəfər həlak olub, daha 36 nəfər xəsarət alıb.


Qeyd olunub ki, ard-arda baş vermiş partlayışlara güclü yanğın səbəb olub. Nəticədə müəssisənin 4 sexi tamamilə məhv olub.