Hindistanda vaksin istehsal olunan institutda yanğın baş verib

Xəbər - Orxan Nəbiyev – Trend:

Hindistanın Puna şəhərində koronavirus vaksini istehsal olunan institutda yanğın baş verib.

AzerTimes-ın məlumatına görə, yanğın olan binada 4 nəfər olub. Onlardan 3 nəfəri xilas edilib.

Yanğının söndürülməsi üçün 10 yanğınsöndürmə briqadası cəlb edilib.


Qeyd edək ki, həmin institutda Hindistan “AstraZeneca” şirkəti və Oksford Universiteti ilə birgə “Covishield” vaksinini istehsal edir.