Hindistanda ötən sutka rekord sayda yoluxma halı qeydə alınıb

Hindistanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda – 25 230 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Reuters”ə istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 11,36 milyon nəfəri ötüb.

Bildirilir ki, son sutkada koronavirusdan 161 nəfər ölüb, ölənlərin sayı 158 607 nəfərə çatıb.