Hindistanda ötən sutka koronavirusa 150 mindən çox yoluxma halı qeydə alınıb

Hindistanda ötən sutka ərzində koronavirusa 152 879 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 13 358 805 nəfərə çatıb.

Məlumata əsasən, son 24 saat ərzində koronavirusdan 839 nəfər ölüb, ölənlərin ümumi sayı 169 275 nəfər təşkil edir.

Bildirilir ki, koronavirusa yoluxanlardan 12 081 443 nəfəri sağalıb, hazırda 1 108 087 nəfərin müalicəsi davam etdirilir.