Hindistanda leysan 85 nəfərin ölümünə səbəb oldu

Hindistanda leysan 85 nəfərin ölümünə səbəb oldu

Muson iqlimi ilə əlaqədar Hindistanda yağan güclü leysan səbəbindən ölənlərin sayı 85-ə çatıb.

Bir müddət öncə Qucarat əyalətində ölənlərinin sayının 37 nəfər olduğu açıqlanmışdı. Sel suları səbəbindən ən az 36 nəfərin təhlükəli bölgədən təxliyə edildiyi bildirilir. Ölkə rəsmilərinin dünən verdiyi açıqlamaya görə, Racistan və Qucarat əyalətlərində 48 nəfər də dünyasını dəyişib.

Ümumilikdə musson iqlimi başladığı iyun ayından bu yana Hindistanda fəlakət səbəbindən 120 nəfər ölüb.

Qeyd edək ki, Hindistanda musson iqlim şəraiti sentyabr ayında başa çatır.