Hindistanda koronavirusdan ölənlərin sayı 346 min nəfəri ötüb

Hindistanda ötən sutka ərzində koronavirusa 114 460 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 28 809 339 nəfərə çatıb.

Məlumata əsasən, son sutka koronavirusdan 2 677 nəfər ölüb, ölənlərin ümumi sayı 346 759 nəfər təşkil edir.


Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 26 948 781 nəfəri sağalıb, 1 477 799 nəfərin isə müalicəsi davam etdirilir.