Hindistanda koronavirusa yoluxanların sayı 15 milyonu ötüb

Hindistanda ötən sutka ərzində koronavirusa 273 810 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 15 061 919 nəfərə çatıb.

Məlumata əsasən, son 24 saat ərzində koronavirusdan 1 619 nəfər ölüb, ölənlərin ümumi sayı 178 769 nəfər təşkil edir.

Bildirilir ki, koronavirusa yoluxanlardan 12 953 821 nəfəri sağalıb, hazırda 1 929 329 nəfərin müalicəsi davam etdirilir.